Ukrayna SQ-nin baş komandanı Kursk istiqamətinə səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski Kursk istiqamətini ziyarət edib və Rusiyanın oradakı itkilərinin sayını açıqlayıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə general teleqramda bildirib.

“Kursk istiqamətində işləyərkən cəsur əsgərlərimizi mükafatlandırdım”, – o yazıb.

O qeyd edib ki, Rusiyanın “Kursk vilayətindəki itkiləri 38 mindən çox şəxsi heyət və min ədəddən çox texnika təşkil edib”. Baş komandanın sözlərinə görə, sözügedən istiqamətdəki hərbi əməliyyatlar nəticəsində Ukraynanın “mübadilə fondu” 700-dən çox hərbçi ilə artıb ki, bu da dekabrın 30-da əsir mübadiləsi zamanı 189 ukraynalının qayıtmasına şərait yaradıb.

“İşğalçıları məhv etməyə davam edəcəyik. Onların pasportlarının Rusiya və ya Şimali Koreya olmasından asılı olmayaraq. Mübarizə davam edir”, – o vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI