Ukrayna Rusiyanın bu şəhərini bombaladı

Ukrayna Rusiyanın Volqa çayı sahilində yerləşən Engels şəhərindəki aviabazaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. 

turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya və Ukrayna mətbuatı, eləcə də teleqram kanalları məlumat yayıb. 

Məlumata görə, hücum Rusiyanın strateji bombardmançı təyyarələri Ukraynaya raket zərbələri endirmək üçün Engels aviabazasından havaya qalxarkən baş verib.

Hücum dəf edilərkən PUA-lardan biri qonşu Saratov şəhərindəki 37 mərtəbəli binaya, digəri Engelsdəki evin damına çırpılıb. 

Kanalların yaydığı fotolardan görünür ki, hündürmərtəbəli binanın üç mərtəbəsində pəncərələr sınıb. 

Saratov vilayətinin qubernatoru Roman Busargin da hücumu təsdiqləyib.

“Səhər tezdən hava hücumundan müdafiə sistemləri PUA-ları məhv etdi. Saratov və Engelsdə yaşayış binalarına dağıntıların düşməsi faktları var. Bütün təcili yardım xidmətləri gücləndirilmiş rejimdə işləyir”, – Busargin teleqram kanalında yazıb. 

O, daha sonra hadisə nəticəsində bir qadının ağır yaralandığını bildirib.

Qeyd edək ki, Saratov və Engels şəhərləri Volqanın sağ və sol sahillərində bir-biri ilə üzbəüz, Engelsdəki aviabazadan təxminən dörd kilometr aralıda yerləşir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir