Ukrayna Rusiyanın bombardmançı təyyarəsini vurdu
Ukrayna hərbçiləri bu gün səhər saatlarında Rusiya hərbçilərinin dinc Ukrayna şəhərlərini vuran Tu-22M3 uzaqmənzilli strateji bombardmançı təyyarəsini məhv edə bildiklərini açıqlayıblar.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir.
“Bugünkü hücum zamanı ilk dəfə olaraq iki raket məhv edilib”, – deyə əlavə olunub.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI