Ukrayna Putinin Kremldəki iqamətgahına dron hücumuna münasibət bildirib

Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına dron hücumu barədə məlumatsız olduqlarını açıqlayıb.

turanın səsi ” in məlumatına görə, o, bu barədə BBC-yə deyib.

“Bizdə Kremlə “gecə hücumları” barədə heç bir məlumat yoxdur, lakin Prezident Zelenskinin də dəfələrlə bəyan etdiyi kimi, Ukrayna malik olduğu bütün qüvvə və vasitələri başqalarına hücum etməyə deyil, öz ərazilərini azad etməyə yönəldir”, – deyə S.Nikiforov bildirib.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak isə tviterdə yazıb ki, enerji obyektləri üzərində və ya Kreml ərazisində naməlum pilotsuz uçuş aparatlarının peyda olması yalnız yerli müqavimət qüvvələrinin partizan fəaliyyətindən xəbər verə bilər: “Bildiyiniz kimi, dronları istənilən hərbi mağazadan almaq olar. Görünür, hakimiyyətin ölkə üzərində nəzarəti zəifləyir. Rusiyada nələrsə baş verir, amma Ukrayna PUA-larının bu məsələdə rolu yoxdur”.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin Mətbuat Xidməti mayın 3-nə keçən gecə Ukraynaya məxsus iki dronun Kremlə zərbə endirməyə çalışdığını açıqlamışdı. Hücum zamanı Vladimir Putin Novo-Oqaryovoda işlədiyindən xəsarət almayıb. Hücum nəticəsində tələfat və maddi ziyanın qeydə alınmadığı bildirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir