Ukrayna Prezidenti Rusiya ilə danışıqların şərtlərini açıqlayıb
“Rusiya ilə danışıqlar Ukraynanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkündür. Bununla belə, onlar hörmətə əsaslanmalıdırlar”.
“Turanın səsi” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “LCI” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, indi üçüncü şəxslərin çağırışlarıa baxmayaraq tərəflər arasında danışıqlar üçün mövzu yoxdur:
“Bizi maraqlandıran təkcə öz torpaqlarımızın azad edilməsidir, bundan sonra biz həmsöhbətinə hörmət etməyə və bizə məxsus olanı qaytarmağa hazır olan Rusiya ilə danışıqlara gedəcəyik. Məhz belə bir Rusiya ilə mən danışıqlara hazır olacağam, amma indiki Rusiya ilə deyil”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09