Ukrayna Prezidenti: “Ramazan Bayramı səy göstərdiyimiz sülhə layiqdir”


“Müqəddər Ramazan Bayramı səy göstərdiyimiz sülhə, hamımızın irəlilədiyi qələbəyə layiqdir”.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Bu gün müsəlmanların müqəddəs Ramazan ayı başa çatır. İkinci dəfədir ki, şər dövlətinin (Rusiya-red) Ukraynaya, xalqımıza, bütün cəmiyyətə qarşı genişmiqyaslı təcavüzü zamanı başa çatır”, – o deyib.

Prezidentin sözlərinə görə, müqəddəs Ramazan bayramı tamam başqa şərtlərə layiqdir.

“İnanıram ki, Allah Ukraynaya bütün ərazilərimiz və bütün xalqımız üçün azadlıq bəxş edəcək. Bütün müsəlmanlarımıza və dünya müsəlmanlarına dinc bir bayram arzulayıram!”, – Ukrayna lideri əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir