Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək.
” turanın səsi ” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski videomüraciətində bildirib.
“Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, – Zelenski deyib.
Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək.
İkinci sammitə yeni iştirakçılar – Kosta-Rika, Niderland, Cənubi Koreya və Zambiyanın nümayəndələri qatılacaq. Ümumilikdə toplantıda 20-yə yaxın ölkənin iştirakı gözlənilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI