Ukrayna ordusu Krımla Xerson arasındakı dəmiryoluna hücum edib
Ukrayna Silahlı Qüvvələri Krım yarımadası ilə Xerson vilayəti arasında dəmiryoluna “Storm Shadow” raketləri ilə hücum edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, dəmiryoluna 12 raket atılıb, hava hücumundan müdafiə sistemləri bütün raketləri zərərsizləşdirib.