Ukrayna ordusu Berdyansk şəhərinə raketlərlə hücum edib
Ukrayna ordusu işğal altındakı Berdyansk şəhərinə raketlərlə hücum edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, hücumun qarşısı alınıb.
İtkilər barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, Berdyansk 2022-ci il fevralın 24-də başlayan müharibə nəticəsində Rusiya tərəfindən işğal edilib.
Xatırladaq ki, Ukrayna ordusu bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.