Ukrayna ordusu əks-hücum üçün əməliyyatlar “formalaşdırmağa” başlayıb

Ukraynanın müdafiə qüvvələri Rusiyanın qoşunlarına qarşı gözlənilən əks-hücum öncəsi əməliyyatlar “formalaşdırmağa” başlayıb.

Turanın səsi ” in CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın yüksək rütbəli hərbçisi və Qərb rəsmisi bildirib.

Qeyd edilir ki, bunlar döyüş meydanını irəliləyən qüvvələrə hazırlamaq üçün həyata keçirilən sursat anbarları, komanda mərkəzləri, zirehli və artilleriya sistemləri kimi hədəflərə zərbələr endirməkdən ibarətdir. Birgə əməliyyatlardan əvvəlki belə taktika standart adlanır.

Həmçinin bildirilir ki, Ukrayna ordusu keçən il Xarkov və Xerson vilayətlərində əks-hücuma başlayanda, bundan əvvəl də HİMARS zərbələrindən əlavə, döyüş meydanı yaratmaq üçün hava hücumları da təşkil edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir