Ukrayna “Neptun” raketləri ilə Rusiyadakı elektrik stansiyalarına zərbələr endirdi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Oryol İstilik Elektrik Stansiyası və Novobryansk yarımstansiyasına “Neptun” raketləri ilə zərbələr endirib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri “Neptun” qanadlı raketləri ilə Oryol İstilik Elektrik Stansiyasına və Novobryanskdakı elektrik yarımstansiyasına dəqiq zərbə endirib”, – deyə Ukrayna Hərbi Dəniz Qüvvələri bildirib. 

Qeyd olunur ki, hər iki obyekt Rusiyanın bölgədəki hərbi müəssisələrini enerji ilə təmin edib, onların sıradan çıxarılması rusların maddi-texniki təminatına ciddi zərbə olacaq.

“Ukraynalı hərbçilər göstərdilər ki, düşmən özünü təhlükəsizlikdə hiss edə bilməz”, – Hərbi Dəniz Qüvvələri qeyd edib.

Arzu Paşaqızı