Ukrayna NATO-ya üzv olacaq! – Blinken

Ukrayna NATO-ya üzv olacaq. Zirvə toplantısında məqsədimiz onun alyansa daxil olması üçün körpünün qurulmasına kömək etməkdir. 

Turanın səsi ” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Brüsseldə alyansın yaranmasının 75-ci ildönümündə jurnalistlərə deyib.c

Onun sözlərinə görə, bu məsələ iyulda Vaşinqtonda keçiriləcək sammitdə müzakirə olunacaq. 

ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin vurğulayıb ki, NATO üzvü olan ölkələrin Ukraynaya dəstəyi “daş kimi möhkəm” olaraq qalır. 

NATO-nun baş katibi Yens Stoltenberq də Ukraynanı uzunmüddətli dəstək verəcəyinə inandıraraq, ittifaq ölkələrini Kiyevə yardımı artırmağa çağırıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir