Ukrayna müdafiə nazirinin bütün müavinləri işdən çıxarıldı

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinlərini və nazirliyin dövlət katibini vəzifələrindən azad edib. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Sentyabrın əvvəlində müdafiə naziri təyin olunan Rustem Umerov nazirlikdə audit yoxlamasının aparılması və onun transformasiyasına ehtiyac olduğunu bəyan edib. 

Qeyd edək ki, Umerovdan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov idi. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir