Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
Ukrayna hökuməti ölkənin hərbi qulluqçulara və onların ailə üzvlərinə sosial-hüquqi təminatlar haqqında MDB ölkələrinin sazişinin protokolundan çıxması barədə qərarı təsdiqləyib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Sənəd SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, sonra isə MDB ölkələrinin ordusunda xidmətə keçirilmiş vətəndaşlar üçün sosial təminat və güzəştləri müəyyən edir. Protokol hərbi qulluqçuların daimi yaşamaq üçün bir MDB ölkəsindən digərinə köçməsi halında sosial təminatların verilməsini, müavinət və kompensasiyaların bölüşdürülməsini nəzərdə tutur.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09