Ukrayna Krım yarımadasına PUA-larla zərbə endirib


Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ilhaq etdiyi Krım yarımadasına PUA-larla hücumu nəticəsində Cankoy rayonunda silah-sursat anbarında partlayış olub.

Turanın səsi ” BBC-yə istinadən xəbər verir ki, bunu Krımdakı separatçı rejimin başçısı Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Cankoy-Somferopol istiqamətində avtomobil və dəmir yolları bağlanıb.

Bildirilib ki, yarımadaya 11 PUA ilə hücum qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl iyulun 22-də də Krıma PUA-larla hücum olub.

Xatırladaq ki, ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə iki dronla hücum edilib. PUA-lardan biri Rusiya Müdafiə Nazirliyi yanında tikilən binaya düşüb.

Ukrayna baş nazirinin müavini, rəqəmsal nəqliyyat naziri Mixael Fyodrov Krıma və Moskvaya hücumları təsdiqləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir