Ukrayna kəşfiyyatının rəhbəri: “Müharibə yayın sonunadək başa çatacaq”

0

“2023-cü il yayın sonunadək Ukrayna Silahlı Qüvvələri 1991-ci ilin sərhədlərinə çatacaq və müharibə başa çatacaq”.

Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya pravda”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın 1991-ci il sərhədlərini bərpa etmək üçün bütün imkanları var: “Genişmiqyaslı müharibənin baş qəhrəmanı Ukrayna xalqıdır”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov qarşıdakı bir-iki ayın müharibənin taleyi üçün həlledici olacağını söyləmişdi.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir