“Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq” – Tramp

Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya çox yaxınıq.

turaninsesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn Şükranlıq bayramı şərəfinə keçirilən hinduşkanın əfv mərasimindəki çıxışında bildirib.

“Düşünürəm ki, razılığa çox yaxınıq. Bunu tezliklə öyrənəcəyik”, – Tramp bildirib.

O, sülhə nail olmağın daha asan olacağına ümid etdiyini təkrarlayıb.

“ABC News” xəbər verir ki, ABŞ və Ukrayna mümkün sülh planının şərtləri barədə razılığa gəliblər. Telekanalın məlumatına görə, sənəd 19 bəndədək qısaldılıb. Böyük Britaniyanın baş naziri Keir Starmer də planın Amerika və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırıldığını açıqlayıb.