Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini işğaldan azad ediblər – YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Novodarovka yaşayış məntəqəsini işğaldan azad edib.

turanın səsi ” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, ərazilərin yenidən işğalı üçün Rusiya ordusunun cəhdləri uğursuzluqla nəticələnib.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində 250 metrdən 700 metrə qədər irəliləyib.

Onun sözlərinə görə, bu istiqamətdə gedən döyüşlərdə 66 rus hərbçisi məhv edilib, 83-ü yaralanıb, 3-ü əsir götürülüb.

09.47

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib.

Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.

Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri da işğaldan azad edilmişdi.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir