Ukrayna DİN: “Kiyevə raketlər Belarus ərazisindən atılıb”
Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var.
“Turanın səsi ” xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko tviterdə yazıb.
O bildirib ki, bu hələ ki, ehtimaldır: “Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq”.
A.Geraşinko söyləyib ki, Rusiya bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektləri vurub: “18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar”.
İlkin məlumata görə, itki yoxdur.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09