Ukrayna BVF-dən 2,7 milyard dollarlıq yardım alıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/photo_81135.jpg)
Ukrayna uzadılmış maliyyələşdirmə proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan ilk tranşı alıb. Məbləğ 2,7 milyard ABŞ dollarıdır.
“Turanın səsi ” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı bildirib.
“Biz təcili kömək üçün tərəfdaşlara təşəkkür edirik və BVF-dən növbəti tranşı almaq üçün fəallıq göstəririk”, – Milli Bankın rəhbəri qeyd edib.