Ukrayna Ali Məhkəməsinin sədri rüşvət alarkən saxlanılıb
Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları ölkənin Ali Məhkəməsinin sədri Vsevolod Knyazevi rüşvət alarkən saxlayıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Agentliyi (KMMA) və Korrupsiyaya qarşı mübarizə üzrə İxtisaslaşmış Prokurorluq məlumat yayıb.
Adı çəkilən qurumlar Ali Məhkəmə rəhbərinin təxminən 3 milyon dollar rüşvət almasını sənədləşdirib.
Araşdırmalar davam edir.