Ukrayna Adıgeydə hərbi aerodorumu vurdu 

0

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Adıgey Respublikasının Xanskaya kəndi yaxınlığında yerləşən hərbi aerodroma zərbələr endirib. 

turaninsesi.az” in məlumatına görə, bu barədə hər iki tərəfin teleqram kanalları məlumat yayıb. 

Adıgey rəhbəri Murat Kumpilov sözügedən kəndin boşaldıldığını bildirib. O, teleqram kanalında yazıb ki, gecə saatlarında Maykop şəhərətrafı ərazisi dronların hücumuna məruz qalıb.

Sosial media istifadəçiləri həmin ərazidə partlayışlardan görüntülər paylaşıb. Sözügedən hərbi aerodrom Xanskayanın kənarından üç kilometr şərqdə, Adıgeyin paytaxtı Maykopdan beş kilometr kənarda və Krasnodardan təxminən 80 kilometr cənub-şərqdə yerləşir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir