Ukrayna ərazisi kütləvi raket hücumuna tutulur


Ukrayna ərazisi kütləvi raket hücumuna məruz qalır.

Turanın səsi ”  xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, paytaxt Kiyevlə yanaşı, Vinnitsa və Xmelnitski şəhərləri, Ternopıl vilayətlərində də partlayış səsləri eşidilir.

Ərazidə həyəcan siqnalı işə düşüb.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, raketlərdən biri uşaq xəstəxanasına düşüb, tələfat və dağıntılar yoxdur.

Əraziyə təcili yardım maşınları cəlb edilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir