Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır: “Rusiyanı məğlub edəcəyik”

“Silahlı Qüvvələrimiz lazımi hərbi-hazırlıq səviyyəsinə çatanda əks-hücum əməliyyatlarına başlayacağıq”.

Turanın səsi ”  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oliksiy Danilov deyib.

O bildirib ki, əməliyyatların başlaması an məsələsidir.

Katib söyləyib ki, müttəfiqləri Ukraynanı ağır zirehli texnika və sursatla təmin etməklə hücumun başlamasına köməklik göstərir.

O.Danilov, həmçinin vurğulayıb ki, rəsmi Kiyev əks-hücum əməliyyatları ilə bağlı kiməsə hesabat vermir: “Bu cür mühüm təhlükəsizlik məsələləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə qapalı görüşlərdə həll olunur. Ərazilərimizi nə vaxt, hansı istiqamətdə, hansı sürətlə azad edəcəyimiz barədə qərarları ancaq həmin müzakirələr zamanı veririk”.

MTMŞ-nın katibi bildirib ki, Ukrayna əks-hücuma hazırlaşmaq üçün gecə-gündüz işləyir: “Biz şənbə və bazar günləri də işləyirik. Müharibədə məzuniyyət yoxdur. Biz Rusiyanı məğlub edəcəyik. Əgər güclü daxili ruhunuz varsa, mütləq qalib gələcəksiniz. Biz özümüzə inanırıq”.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti V.Zelenski və digər rəsmilər əks-hücum əməliyyatlarının yaxın gələcəkdə başlayacağını açıqlamışdılar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir