Üçüncü düyna müharibəsi ilə bağlı XƏBƏRDARLIQ

0

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinə ediləcək hücumun dünya müharibəsinə səbəb olacağını açıqlayıb. O, Belarus üzərində uçan Rusiya və Ukrayna dronlarına diqqət çəkərək, ölkəsinin “poliqon” olmadığını bildirib. 

turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko hər iki ölkənin slavyan köklərinə toxunaraq, müharibəni “qardaş qırğını” kimi dəyərləndirib. Prezident Kiyev və Moskvanın tezliklə sülhə gəlməsini arzuladığını deyib. 

Xatırladaq ki, Belarus müharibənin gedişində tərəfsiz ölkə kimi çıxış etsə də, bir çox iddialara görə Rusiya ordusu üçün logistik və hərbi texnika tədarükü ilə məşğuldur. Minsk bu iddiaları birmənalı şəkildə rədd edir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir