Türkiyənin vitse-prezidenti: “Ərdoğanın səhhəti çox yaxşıdır”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230421_151511-1.jpg)
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.
“Turanın səsi ” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
“Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay əlavə edib.
Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI