Türkiyənin üç vilayətində meşə yanğını: İnsanlar təxliyə olundu
Türkiyənin üç vilayətində meşə yanğınları davam edir.
“Turanın səsi ” “TRT Haber”ə istinadən xəbər verir ki, Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar hələ də söndürülməyib. İzmirin Dikili rayonunda isə gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.
Hazırda yanğınsöndürənlər hər üç istiqamətdə yanğını havadan və qurudan müdaxilələrlə söndürməyə çalışırlar.
Məlumata görə, Uşakda bəzi evlərdəki insanlar təxliyə edilib. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI