Türkiyənin Miqrasiya İdarəsi təkzib edib: İqamət icazələrinin verilməsi dayandırılmayıb

0


Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin iqamət icazəsinin verilməsini guya yasaqlaması ilə bağlı xəbərləri təkzib edib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə qurum açıqlama  yayıb.

Bildirilib ki, İstanbulda “qapalı” deyilən ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir:

“İstanbulda əcnəbilərə iqamət icazəsi verilməsi üçün 39 rayonun qapanması ilə bağlı yayılan xəbərlər həqiqət əks etdirmir. Müraciətlər üçün qapalı rayonların sayı 10-dur”.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında ölkənin ən iri şəhəri olan İstanbulda əcnəbilərə ilkin iqamət icazəsinin verilməsinin dayandırıldığı barədə məlumat yayılmışdı .

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir