Türkiyənin milli döyüş təyyarəsinin adı açıqlanıb

“Milli döyüş təyyarəmizin adı “Kaan”dır”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.

“Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram”, – o bildirib.

R.T.Ərdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirib: “Bu gün müdafiə sənayesi sahəsində tarixi günlərimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunların da sırasında “TCG Anadolu” desant gəmisi, “Gökpey” təyyarəsi, “Yeni Altay” tankı, “İMECE” peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deyə bilirik. Millətimizin xəyallarını bir-bir reallaşdırırıq”.

Türkiyə lideri daha sonra təyyarələrin pilotları ilə görüşüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir