Türkiyənin keçmiş xarici işlər naziri Əfqanıstan üzrə koordinator təyin edilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230426_092553.jpg)
Türkiyənin BMT-dəki daimi nümayəndəsi, ölkənin keçmiş xarici işlər naziri Firidun Sinirlioğlu Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edilib.
“Turanın səsi ” in xəbərinə görə verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinqdə bildirib.
Sinirlioğluna Əfqanıstanın üzləşdiyi hazırkı təzyiq və problemləri müstəqil şəkildə öyrənmək və tövsiyələr vermək tapşırılıb.
Qeyd edək ki, Firidun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri olub.