Türkiyənin İsrail səfirliyində bayraq endirildi
Türkiyənin İsraildəki səfirliyində dövlət bayrağı yarıya kimi endirilib.
“turaninsesi.az” xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.
Bunun HƏMAS lideri İsmayıl Haniyənin 31 iyulda Tehranda öldürülməsindən sonra Türkiyədə bir günlük ümummilli matəm elan edilməsi ilə bağlı olduğu bildirilib.
Türkiyə və xarici ölkələrdəki səfirliklərdə də bayraqlar yarıyadək endirilib.