Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq
Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.
“Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.
Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, – Türkiyə dövlət başçısı qeyd edib.