Türkiyəli nazir: “Milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir”
Türkiyə milli elektrik qatarını istehsal edəcək.
” Turanın səsi ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə milli elektrik qatarını istehsal edir: “Artıq milli sərnişin sürət qatarının hazırlanması üzərində işlər gedir”.
O, sürət qatarının prototipinin hazırlıq işlərin 2024-cü ildə başlamağı planlaşdırdıqlarını qeyd edib: “Hədəfimiz 2025-ci ildə sərnişin daşımalarının istismara verməkdir”
Xatırladaq ki, A.Uraloğlu bu il mayın 27-də Adapazarı ilə Gebze arasında sərnişin daşımağa başlayan milli elektrik qatarının istismara verilməsi mərasiminə qatılıb.