Türkiyədəki güclü zəlzələdə 3 bina uçdu
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlamasında danışıb.
O qeyd edib ki, vilayətin Sındırqı rayonunda üç bina və bir mağaza çöküb. Nazirin sözlərinə görə, həmin binalar istifadəsiz olub. Dağıntılar nəticəsində hər hansı canlı təlafatı qeydə alınmayıb.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.