Türkiyədə zəlzələ oldu
Türkiyənin Aralıq dənizi sahillərində zəlzələ olub.
“Turanın səsi ” in xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, Muğla vilayəti istiqamətində baş verən yeraltı təkan 4 bal ilə qiymətləndirilib.
Ocağı yerin 24.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.