Türkiyədə zəlzələ oldu
Türkiyənin Malatya vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
“Turanın səsi ” xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17.43-də Doğanşehir ərazisində qeydə alınıb.
Zəlzələnin ocağı 7,05 kilometr dərinlikdə yerləşib.
Bu gün Türkiyənin cənubundakı Adana vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.