Türkiyədə zəlzələ baş verdi
Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.