Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub.

Turanın səsi ” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir