Türkiyədə yenə ard-arda zəlzələ oldu

Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

“turaninsesi.az” Axar.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yerli vaxtla saat 02:45-də baş verən zəlzələ yerin 11,82 kilometr dərinliyində meydana gəlib.

Bundan başqa, saat 07:21-də Simavda yenə 3,9 bal gücündə növbəti yeraltı təkan olub. Yerin 6,13 km dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb.