Türkiyədə xəstə, əlil və qoca seçicilər səyyar seçki qutusu ilə səs verirlər


Türkiyədə xəstəliyi və ya əlilliyi səbəbindən səsverməyə gələ bilməyən seçicilər səyyar seçki qutusu ilə səs verirlər.

Bb barədə “Turanın səsi ” “TRThaber”ə istinadən xəbər verir.

Kırklareli şəhərinin seçki komissiyasının üzvləri səsverməyə gedə bilməyən xəstə, 80 yaşlı Gülsevim Eskicinin evinə daşınan seçki qutusu aparıblar.

Komissiya üzvləri gətirdikləri portativ kabineti Eskicinə səsvermə prosesi ilə bağlı məlumat veriblər. Seçici səs verdikdən seçkilərdə uğurlar diləyib.

Kırklareli mərkəzində xəstəlik və ya əlillik səbəbindən seçkiyə gedə bilməyən daha 17 seçici səyyar qutu tətbiqindən yararlanır.

Digər mətbu orqanlar Düzce vilayətində də xəstə, əlil və qoca seçicilərin prezident və parlament seçkilərində səs vermələri üçün şərait yaradıldığını xəbər veriblər.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri ilə keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir