Türkiyədə sel nəticəsində 13 nəfər həlak olub
Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 13-ə çatıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.
Xatırladaq ki, sel Adıyaman və Şanlıurfa şəhərlərini əhatə edir.