Türkiyədə qasırğa zəlzələdən zərər çəkənlərin çadırlarını uçurub, ölən və xəsarət alanlar var

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda tüğyan edən qasırğa fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.

Bu barədə ” turanın səsi ”  “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, zəlzələ zamanı zərər çəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub. Güclü qasırğa zəlzələdən sağ çıxanların saxlandığı çadırların bəzilərini uçurub.

Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.

Son məlumata görə, təbii hadisə zamanı 1 nəfər ölüb, 50 nəfər yaralanıb. Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını təsdiqləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir