Türkiyədə kömür mədənində çökmə baş verib, yaralılar var

Türkiyənin Manisa şəhərinin Soma rayonunda yerləşən kömür mədənində çökmə baş verib, yaralılar var.

Turanın səsi ”  Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəsarət alan 5 işçidən 3-nün səhhətinin yaxşı, 2-nin vəziyyətinin ağır olduğu deyilir.

Hadisə yerli vaxtla saat 21 radələrində Darkale bölgəsində yerüstü mədəndə qeydə alınıb.

Bölgəyə çoxlu sayda xilasedici və təcili yardım briqadaları yönəldilib.

Xatırladaq ki, bundan əvvəl 2014-cü ildə may ayının 13-də Somada yerləşən kömür mədənində baş verən faciədə 301 nəfər həyatını itirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir