Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 46 nəfər saxlanıldı

Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

turaninsesi.az” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib.

Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər və qadağan olunmuş nəşrlər müsadirə edilib.