Türkiyədə daş kömür mədəni çöküb, ölən və yaralılar var -YENİLƏNİB

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində yaralanların sayı 6-ya çatıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

Məlumata görə, ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.

17:20

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin bir hissəsinin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Turanın səsi ”  xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub: “Çökmə 4 nəfərin işlədiyi hissədə baş verib. Bundan başqa heç bir risk yoxdur. Partlayış yoxdur, çökmədir”.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənin çökməsinin səbəbi hələ ki məlum deyil.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir