Türkiyədə dəhşətli terror: Ölən və yaralananlar var
Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb. “Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, – deyə məlumatda bildirilir.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb. Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI