Türkiyədə COVID-19-un yeni ştamı ilə bağlı həyəcan təbili çalınır, yoluxmanın artacağı gözlənilir

Türkiyədə COVID-19-un yeni ştamı olan “Eris”lə bağlı həyəcan təbili çalınır, yoluxmanın artacağı gözlənilir.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, “Eris” ştamı dünyanın 52 ölkəsindən, o cümlədən Fransa və Britaniyadan sonra Türkiyəyə də çatıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər. Buna səbəb kimi məktəblərin açılması, yay tətilinin başa çatması və havaların soyuması göstərilir. Həkimlər xüsusilə ictimai nəqliyyatda tibbi maskadan istifadəni tövsiyə edirlər.

Altınbaş Universitetinin professoru Şevket Özkaya vurğulayıb ki, yoluxmanın əsas əlaməti dadbilmə, iybilmə qabiliyyətinin itməsi və səsin batmasıdır.

Xatırladaq ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə ərazisində “Eris”ə 9 yoluxma faktının qeydə alındığını açıqlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir