Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb, 31 nəfər xəsarət alıb – YENİLƏNİB

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsində 12 nəfər ölüb.

turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.  

Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.

06.05.2023. 22:53

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib, ilkin məlumata görə, altı nəfər ölüb, 30-dan çox yaralı var.

Turanın səsi ”  “Haber Global”a istinadən xəbər verir ki, hadisə Belen rayonunda qeydə alınıb.

Yük avtomobili əsgərləri yola salan izdihamın içərisinə çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.

Ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib.

Hadisə yerində təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) xilasetmə briqadaları işləyir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir