Türkiyədə əməliyyat: Oktay Kaynarca, Emel Müftüoğlu və daha 4 nəfər saxlanıldı
“Kurtlar Vadisi” və “Eşkıya dünyaya hükümdar olmaz” seriallarının məşhur aktyoru Oktay Kaynarca saxlanılıb.
“turaninsesi.az ” Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbul Şəhər Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun keçirdiyi əməliyyat çərçivəsində tutulub.
O.Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıb.
Prokurorluğun açıqlamasında bildirilib ki, adıçəkilən şəxslər istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təşviq etmək və ya vasitəçilik etmək, eləcə də qumar oynanması üçün yer və imkan yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətməkdə şübhəli bilinirlər.