Türkiyədə əməliyyat: 54 İŞİD-çi həbs olundu
Türkiyə xüsusi xidmət orqanları 54 nəfəri İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinərək saxlayıb.
“turaninsesi.az” xəbər verir xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat yayıb.
Onun sözlərinə görə əməliyyat 18 əyalətdə həyata keçirilib.
Prokurorluq həbslərlə bağlı cinayət işi açıb. Məhkəmənin qərarı ilə 20 nəfər həbs edilib.
DİN-in məlumatına görə, il ərzində terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.